Qalmaqallı müğənni Ukraynanı bağışlamır - VİDEO

3 Aprel 2019 12:18 (UTC+04:00)

Avroviziya – 2019 mahnı müsabiqəsində iştirakdan imtina edən Maruvla Ukrayna hökuməti arasında yaranan gərginlik səngimək bilmir.

Ölkənin ictimai kanalı STV və digər media orqanlarından incik qalan sənətçi bunu “Yearly Ukrainian National Awards” (Yuna) mükafat mərasimində də büruzə verib.

Belə ki, Kiyevdə tədbirə qatılan pop ulduz heç bir KİV nümayəndəsi ilə danışmaq istəməyib.

Mükafat gecəni canlı yayımlanan "1+1" kanalı Maruva yaxınlaşaraq özəl müsahibə almaq və tədbir barədə fikirlərini öyrənmək istəyib. Lakin ifaçı bundan imtina edərək qırmızı xalçanı tərk edib.

Xatırladaq ki, Ukrayna milli seçim turunda tamaşaçılardan aldığı maksimum balla qalib gələn Maruv Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlə üzləşdiyini, müsabiqədə iştirakdan imtina etməyə məcbur edildiyini bildirmişdi. O, yarışma üçün hazırlanan müqavilə şərtlərinin ağır olduğunu, bütün maliyyənin onun üzərinə qoyulduğunu qeyd etmişdi.(qafqazinfo.az)

AzNews.az