Ərdoğan yenə Moskvaya gedir - Putinlə operaya baxacaq

3 Aprel 2019 12:42 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Moskvaya səfər edəcək.

AzNews.az xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya Mədəniyyət və Turizm ilinin açılışı, Türkiyə-Rusiya Ortaqlıq Şurasının iclası üçün aprelin 8-də Rusiyanın paytaxtı Moskvaya gedəcək.

Türkiyə prezidenti səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Bu, iki liderin 2019-cu ilin ilk dörd ayında üçüncü dəfə üz-üzə görüşü olacaq.

Dövlət başçıları iclasın ardınca açılış üçün tarixi Bolşoy teatrın səhnəsində Troya operasını izləyəcək.

Pərvanə Ağazadə

AzNews.az