İspan futbolçu PSJ-yə keçir

3 Aprel 2019 12:51 (UTC+04:00)

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Herrera karyerasını PSJ-də davam etdirmək istəyir.

“Qırmızı şeytanlar” ispan futbolçu ilə müqavilənin müddətini uzatmaq istəsə də, tərəflər arasında fikir ayrılığı yaşanıb.

Belə ki, Mançester təmsilçisi futbolçuya 3 illik anlaşma təklif etsə də, müqavilədəki rəqəm Anderin tələbindən aşağı olub. İspaniya millisinin üzvü həftəlik məvacibinin 80 min funt-sterlinqdən 200 minə qədər artırılmasını tələb etsə də, klub rəhbərliyi ona bu məbləği ödəmək fikrində deyil.

“Mançester Yunayted”lə müqaviləsi cari mövsümün sonunda bitəcək 29 yaşlı futbolçu, azad agent olaraq PSJ ilə müqavilə imzalaya bilər.(qafqazinfo.az)

AzNews.az