“İdai” qurbanlarının sayı 268 nəfərə çatdı

3 Aprel 2019 13:49 (UTC+04:00)

“NewsDay” nəşri xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.

“Təəssüflə bildiririk ki, həlak olanların sayı 268 nəfərə çatıb və axtarış-xilasetmə əməliyyatı davam etdikcə bu rəqəmin artacağı gözlənilir”, - deyə Zimbabvenin informasiya naziri Monika Mutsvanqva bildirib.

Təbii fəlakət, həmçinin Mozambikdə 598 nəfərin, Malavidə isə 56 nəfərin ölümü ilə nəticələnib. Beləliklə siklon üç ölkədə ümumilikdə 900-dən çox insanın həyatına son qoyub.

Mart ayının ortalarından başlayaraq Afrikanın cənub-şərqində tüğyan edən “İdai” tropik siklonu Mozambik, Zimbabve və Malaviyə ciddi zərər vurub.(AZƏRTAC)

AzNews.az