Ölümcül xəstə lotereyadan 250 minlik mükafat qazandı

3 Aprel 2019 14:43 (UTC+04:00)

ABŞ-ın Şimali Karolina ştatının sakini Riçard Biar lotereyadan 250 min dollar mükafat qazanıb.

Bu barədə “Inside Edition” nəşri məlumat yayıb.

Biarın dediyinə görə, lotereya biletini həyat yoldaşı alıb. Aldığı bir neçə biletin qoruyucu örtüyünü pozub və birindən iri məbləğdə mükafat çıxıb.

O, qazandığı pulu səyahətlərə xərcləmək niyyətindədir.

“Bu yaxınlarda mənim qaraciyərimdə dördüncü mərhələdə olan serroz aşkarlayıblar. Nə qədər həyatdan zövq almaq imkanım var, səyahətə yollanmaq istəyirəm”, - deyə o bildirib.

Biarın sözlərinə əsasən, həyat yoldaşı ilə uzun müddət İtaliyanı görmək sevdasında olub. Qazandığı mükafat onun bu arzusunu gerçəkləşdirməsinə imkan verir.(oxu.az)

AzNews.az