99 yaşlı sakin evinə “kupça” aldı - FOTO

3 Aprel 2019 15:10 (UTC+04:00)

Paytaxtın 99 yaşlı sakini Ənvər Seyid-Əliyevə yaşadığı evdə əmlakına dair çıxarış təqdim edilib.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Komitənin keçirdiyi sosial aksiya çərçivəsində çıxarış ahıl şəxsin yaşadığı Xəzər rayonunun Mərdəkan qəsəbəsində çatdırılıb.

Sosial addım 99 yaşlı şəxsin əmlakına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətindən yararlanmasına şərait yaradıb.(oxu.az)

AzNews.az