Nazir istefa verir
27 Aprel 2013 06:48 (UTC+04:00)
ABŞ Hərbi Hava Qüvvələrləri naziri Maykl Donli bu vəzifədə beş il xidmət etdikdən sonra istefa verir. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
"Onun rəhbərlik etdiyi müddət Hərbi Hava Qüvvələrləri üçün çətin vaxt olub. Lakin o, xidmətdə məsuliyyətin, təşəbbüskarlığın və peşəkarlığın mədəniyyətini aşılamağa köməklık edib", - ABŞ müdafiə naziri Çak Xeyqel vurğulayıb.
60 yaşlı Donli üçün nazir vəzifəsinin sonuncu günü iyunun 21-i olacaq.
AzNews.az