Məşhurlar “Azərbaycanlı gözəli-2019”un gözəllərini lağa qoydular

3 Aprel 2019 16:54 (UTC+04:00)

Ölkəmizdə keçirilən “Azərbaycanlı gözəli-2019” müsabiqəsinin nəticəsi birmənalı qarşılanmayıb.

AzNews.az xəbər verir ki, yarışmada “Azərbaycanlı gözəli”nə layiq görülənlər sosial şəbəkədə məsxərəyə qoyulublar.

Aktyor Elcan Rəsulov: “Çox pis nəticə olub. Bunları kim seçir?”

Rejissor Kamran Ağabalayev: “Yəqin ki, "Miss daxili gözəllik-2019".

Aktrisa Cəmilə Tağızadə: “Vaxsey, aman Allah, bu nədir belə. Türklər demiş “şaka” kimi”.

Qeyd edək ki, “Azərbaycanlı gözəli”nin birincisi Melissa Nuriyeva, ikinci yerin qalibi Ayşən Məmmədova, üçüncü isə Şakirə Quliyeva olub.

Rəqsanə

AzNews.az