“Aprel müharibəsi ilə sübut etdik ki...” - Səməd Seyidov

3 Aprel 2019 16:47 (UTC+04:00)

“2016-cı ilin aprelində Azərbaycan ordusunun ən yüksək səviyyədə şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların azad olunması üçün keçirdiyi əməliyyat tariximizə şanlı və qızıl hərflərlə yazılıb”.

Bunu Milli Məclisdə keçirilən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasında Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O qeyd edib ki, Azərbaycan aprel döyüşləri ilə dünyaya mesaj verib: “Biz bir daha həm dünyaya, həm də torpaqlarımızı işğal edən qüvvələrə ciddi şəkildə mesaj verdik. Bəyan etmişdik ki, torpaqlarımız işğaldan azad olunacaq. Aprel müharibəsi ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaqlar. Bu döyüşlərlə fəxr edirik. Bununla yanaşı, kədər hissi də var. Çünki əməliyyat zamanı Azərbaycanın qəhrəman oğulları şəhid olub. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçiblər, Ali Baş Komandan İlham Əliyevin əmrini sona qədər ləyaqətlə icra ediblər”.(report.az)

AzNews.az