Mitinqə icazə verilmədi

3 Aprel 2019 17:07 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

AzNews.az