Bakıda təcili yardım maşını qəzaya düşdü - VİDEO

3 Aprel 2019 17:14 (UTC+04:00)

Bir neçə dəqiqə əvvəl Bakıda təcili tibbi yardım avtomobilinin iştirakı ilə qəza baş verib.

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Məlumatlara görə, qəza Karl Marks dairəsi yaxınlığında qeydə alınıb.

Hadisə zamanı 99-JH-806 dövlət nömrə nişanlı “Mercedes” markalı təcili tibbi yardım maşını “KİA” markalı avtomobillə toqquşub. Qəzadan sonra təcili yardım maşını yol kənarındakı dirəyə çırpılıb.

AzNews.az