Lalədən keçmiş həyat yoldaşının ittihamlarına cavab - “Pulu yoxdursa...”

3 Aprel 2019 17:44 (UTC+04:00)

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov sənətçiyə qarşı ağır ittihamlar səsləndirib.

Lalə Məmmədovanın köməkçisi Vəfa Nuriyeva AzNews.az-a açıqlamasında ittihamları təkzib edib.

O, sənətçinin ABŞ-da olduğunu deyib: “Demokratik ölkədə yaşayırıq. Hamı qanunla hərəkət edir. Əgər uşaqlar qadında qalırsa, kişi aliment ödəməlidir. Qafar bəy üç-dörd ildir ki, alimenti ödəmir. Ödəməyəndə də insan neyləməlidir? Yalandan Lalə xanıma şər-böhtan atmaq lazım deyil. Pulu yoxdursa, Şüvəlanda yerləşən bağ evini satsın. Lalə xanımın şəxsi evi yoxdur, valideynləri ilə birlikdə yaşaşır. Bacı-qardaşlarının evi Lalə xanımındır? Onun öz evi olsa, orada yaşayardı. Niyə 40 yaşlı bir xanım valideynlərinin evində yaşasın. Həyat yoldaşının iki evi avr, biri Xətai rayonunda, digəri isə Şüvələnda. Lalə xanım ondan ev istəmir. O, sadəcə uşaqlara düşən alimenti istəyir. Qafar bəyin özü neçə ildir ki, uşaqlarla görüşmür. Lalə xanım heç vaxt onun görüşünə qadağa qoymayıb”.

Qeyd edək ki, Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov işsiz olduğu üçün aliment borcunun 8 minə çatdığını deyib. O, buna görə ya həbsxanaya düşəcəyini və yaxud da intihar edəcəyini açıqlayıb.

Rəqsanə

AzNews.az