Azərbaycan millisi yoldaşlıq görüşündə məğlub oldu

3 Aprel 2019 18:55 (UTC+04:00)

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Estoniya ilə üz-üzə gəlib.

"Dalğa Arena"da təşkil olunan qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Görüşdə yeganə qolu Lisa Merisalu vurub.

Qeyd edək ki, komandalar aprelin 6-da yenidən qarşılaşacaqlar. Görüş saat 12:00-da başlayacaq. (report)

AzNews.az