Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılacaq

3 Aprel 2019 19:07 (UTC+04:00)

Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılacaq.

Bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda qeyd olunub ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılmalıdır.

AzNews.az