Xristian olduğu üçün manikenliyi buraxdı
27 Aprel 2013 13:59 (UTC+04:00)
Dünyanın tanınmış alt geyim markası olan "Victoria`s Secret"in mankenlərindən biri olmaq çox qadının xəyalı...
Bir çox qadının xəyalına sahib olan modellərdən biri Kylie Bisutti isə fərqli düşüncəyə sahibdir.
AzNews.az Daily Mail saytına istinadən xəbər verir ki,məşhur model, modelliyin xristianlığa zidd olduğunu düşündüyü üçün bir müddət əvvəl işindən ayrılıb. İş karyerasının zirvəsindəykən modelliyi buraxan Bisutti, mövzuyla əlaqədar kitab da yazıb.
23 yaşlı model "I am No Angel: From Victoria `s Secret Model to Role Model - Mələk deyiləm: Victoria`s Secretin əsas modeli" adlı kitabında modellikdən ayrılmağının açıqlamasını verib.
"The New York Post"a verdiyi müsahibədə modellik günlərində özünü bir ət parçası kimi hiss etdiyini söyləyib. Modellikle əlaqədar xatirələrini köçürdüyü kitabda Bisutti, şou dünyasının qaranlıq məqamlarını araşdırdığını bildirib.
Xəyalə
AzNews.az