Astaranın Kolatan kəndində sahəsi 70 kv.m olan birmərtəbəli evdə yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az