Azərbaycanda qızıl-gümüş bazarı bahalaşdı

3 Aprel 2019 22:36 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Aprelin 3-də qızılın qiyməti aprelin 2-i ilə müqayisədə 12,0445 manat artaraq 1 unsiya üçün 2198,2785 manat təşkil edib.

Gümüş 0,2163 manat bahalaşaraq 1 unsiya üçün 25,813 manata bərabər olub.

Platinin qiyməti 17,425 manat artaraq 1461,15 manat, palladiumun qiyməti isə 34,7905 manat artaraq 2444,3705 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az