Bakıda restoranda atışma oldu - Yaralılar var

4 Aprel 2019 09:39 (UTC+04:00)

Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib.

Hadisə zamanı 2 nəfər xəsarət alıb.

37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb.

O da KTM-ə yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.(ona.az)

AzNews.az