Damlanı təhqir edən müəlliməni biabır etdilər: şok - FOTO

4 Aprel 2019 09:49 (UTC+04:00)

Ötən gün avtobusda görüntülənən müğənni Damla izləyicilərindən biri tərəfindən təhqir edilib.

AzNews.az xəbər verir ki, müğənninin prodüseri Şamil həmin izləyicinin fotolarını şəxsi İnstagram hesabında paylaşaraq onu yazdığı sözlərə görə tənqid edib.

Şamilin sözlərinə görə, müğənnini təhqir edən xanım bağçada tərbiyəçi işləyir:

"Övladlarımızı, gələcəyimizi etibar etdiyimiz bağça müəlliməsinin yazdığı şərhə nə ad vermək olar. Qadınlığına hörmət etməyən bu insana nə cavab vermək olar ki?".

Qeyd edək ki, izləyicilər həmin qadının İnstagram səhifəsində onu sərt şəkildə tənqid, hətta təhqir ediblər.

Aynur

AzNews.az