Bunu Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi Bağdadda keçirdiyi mətbuat konfransında deyib.
Nazir, həmçinin bəyan edib ki, Krallıq gələcəkdə Bağdadın müxtəlif əyalətlərində daha üç konsulluq açmaq niyyətindədir.
Macid Abdulla əl-Kassabi sözlərinə görə, Səudiyyə Ərəbistanı iki ölkə arasında bütün sahələrdə münasibətlərin və əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində maraqlıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti Bağdadda səfərdədir. Nümayəndə heyətinin tərkibinə müxtəlif nazirliklərin və şirkətlərin 115 nümayəndəsi daxildir.(AZƏRTAC)
AzNews.az