Konor Makqreqor karyerasını bərpa etdi

4 Aprel 2019 10:03 (UTC+04:00)

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb.

9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.

Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.(report.az)

AzNews.az