Ukraynada prezident seçkilərinin yekun nəticələri açıqlandı

4 Aprel 2019 10:25 (UTC+04:00)

Ukrayna Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

Ukraynalı aktyor Vladimir Zelenski səslərin 30,24 faizini toplayaraq birinci, hazırki prezident Pyotr Poroşenko isə 15,95 faizini toplayaraq ikinci olub. Hər iki namizəd prezident seçkilərinin aprelin 21-də keçiriləcək ikinci turunda mübarizə aparacaq.

“Batkivşina” Partiyasının sədri Yuliya Timoşenko 13,4 faiz, “Həyat naminə-Müxalifət Platforması” Partiyasının sədri Yuriy Boyko 11,67 faiz, “Vətəndaş mövqeyi” Partiyasının lideri Anatoli Qritsenko 6,91 faiz səs toplayıb.(ona.az)

AzNews.az