Avtobus vuran 54 yaşlı kişi öldü

4 Aprel 2019 10:40 (UTC+04:00)

Hadisə 2 gün əvvəl qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu 7 nömrəli marşrut avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az