Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşdü

4 Aprel 2019 10:42 (UTC+04:00)

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşün gənclərinin porblemlərini, təkliflərini dinləmək, onlara fəaliyyətlərində yardımcı olmaq məqsədi ilə təşkil edildiyini bildirən Naqif Həmzəyev gənclərə harada olmalarından asılı olmayaraq, vətənpərvərlik prinsipləri əsasında davranmalarını, yaxşı oxumalarını, biliklərə yiyələnməklə bacarıqlı mütəxəsis kimi yetişmələrini tövsiyə edib.

Gəncə Təlim və Resurs Mərkəzinin “YAZ” təcrübə proqramı haqqında ətraflı məlumat verən millət vəkili bildirib ki, təcrübə proqramı ona qoşulmaq istəyən namizədlərə cəmiyyətdə ixtisaslı və peşəkar kadr kimi formalaşmalarına dəstək olacaq, onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq.

Geniş diskussiya şəraitində davam edən görüşdə gənclərin ideya və təklifləri dinlənilib. Gənclər onları düşündürən məsələlərlə bağlı millət vəkilinə suallar ünvanlayıb, məsləhətlər alıb, gələcəkdə görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Eyni zamanda, görüşdə “İlin gənci 2019” mükafatının loqosunun seçilməsi də müzakirəyə çıxarılıb.

Sonda gənclərin seçiminə üstünlük verilib.

AzNews.az