Qazaxıstan Azərbaycana buğda ixracını artırıb - 4,7 dəfə

4 Aprel 2019 11:01 (UTC+04:00)

Qazaxıstan 2019-cu ilin yanvar ayında 691,8 min ton buğda və meslin ixrac edib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 35,1% çoxdur.

"Kazinform" xəbər verir ki, ixracın həcmi pul ekvivalentində bir il əvvəllə müqayisədə 52,5% artaraq 116,7 milyon dollar təşkil edib.

Qazaxıstandan buğda ixracına görə lider Özbəkistan, Tacikistan və Azərbaycandır.

Azərbaycana tədarük 4,7 dəfə artıb.(report.az)

AzNews.az