Ermənistan parlamentində yanğın olub

4 Aprel 2019 11:04 (UTC+04:00)

Ermənistan parlamentində yanğın olub.

Məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə aprelin 4-də gecə saatlarında qanunverici orqanın birinci korpusunda baş verib. Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən bir kabinet tamamilə yanıb.

Qeyd edək ki, bu ilin yanvarın 29-da Ermənistan Nazirlər Kabinetinin binasında yanğın baş vermişdi.(report.az)

AzNews.az