Türkiyədə yaşayan azərbaycanlı müğənni Samir Piriyev Bakıda Nizami Kino Mərkəzində “Dalan” filminin təqdimatında görüntülənib.
Ölkəmizdə az-az görsənən Samir Piriyev AzNews.az-ın qısa suallarını cavablandırıb.
- Türkiyədə yaşayırsınız, bu, sizin üçün çətin deyil?
- Xeyr, çətin deyil. Türkiyə ilə yanaşı Rusiyada da oluram.
- Türkiyədə öz eviniz var?
- Kirayədə yaşayıram.
- Ölkəmizdə tanınmış bir müğənnisiniz, qardaş ölkədə tanınmamağınız sizə kompleks yaşatmır?
- Niyə kompleks yaşayım ki... Normal qarşılayıram.
- Niyam Salami ilə Bodrumda restoran açmışdınız, iflasa uğradınız. Yenidən biznes açmaq fikriniz var?
- Hazırda bizneslə məşğul olmuram.
- Toylara getmirsiniz. Bəs, maddi məsələləri necə idarə edirsiniz?
- Artıq toyların da başını buraxmışam. Dostlar sağ olsunlar, kömək edirlər.
- Filmlərdən təklif alsanız, özünüzü aktyor kimi sınamaq istəyərsiniz?
- Xeyr, rahat yaşamaq istəyirəm.
- Bir neçə gün öncə həmkarınız Ramal İsrafilovun qardaşı Valeh İsrafilov üç qızın çılpaq videosunu yaymaqda təqsirləndirildi. Ramala dəstək oldunuz?
- Xeyr, bu hadisədən xəbərim yoxdur.
Rəqsanə
AzNews.az