“Sadəlövh olmamalıyıq, Rusiya yenidən…” - Stoltenberq

4 Aprel 2019 12:26 (UTC+04:00)

Bunu ABŞ Konqresində çıxışı zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, İŞİD terror təşkilatını dialoqla dayandırmaq mümkün deyildi:

“Bu kimi halları nəzərə alaraq, müttəfiqlər bir neçə il ərzində müdafiə büdcələrini artırdılar. Hesab edirəm ki, müttəfiqlər bundan sonra da müdafiə xərclərini artırmalıdırlar. ABŞ Prezidenti Donald Tramp bununla bağlı açıq mesaj verdi və bu, öz təsirini göstərir”.

Yens Stoltenberq NATO-nun rəqibləri ilə yeni “soyuq müharibə” istəmədiklərini dilə gətirib: “Yeni silahlanma yarışı istəmirik, yeni “soyuq müharibə” istəmirik. Lakin sadəlövh olmamalıyıq. Yenidən dirçələn bir Rusiya təhdidi var”.(teleqraf.com)

AzNews.az