Bu yol bağlanır

4 Aprel 2019 13:17 (UTC+04:00)

Təmir işləri ilə əlaqədar aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natəvan küçəsi ilə kəsişməyədək (300 nömrəli orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.(AZƏRTAC)

AzNews.az