Türkiyə ixracını artırıb, idxalını isə...

4 Aprel 2019 13:44 (UTC+04:00)

Türkiyə cari ilin birinci rübündə ixracını 3,34 faiz artırıb, idxal isə 21,46 faiz azalıb.

Bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Nazir bildirib ki, martda ixracın həcmi 0,5 faiz artaraq 16 milyard 334 milyon ABŞ dollarına çatıb.

İdxal isə 17,81 faiz azalaraq 18 milyard 299 milyon dollar olub.(AZƏRTAC)

AzNews.az