Prodüser Tarix (Tolik) Əliyev ölkəmizdə keçirilən "Azərbaycanlı gözəli-2019"un qalibi Melissa Nuriyevanı tənqid edib.
AzNews.az xəbər verir ki, Tolik bu haqda sosial şəbəkədə yazıb:
"Bu qızı tanımıram. Həyatı haqqında isə heç nə bilmirəm. Amma mənə maraqlıdır ki, bu xanımın özü bu haqda nə düşünür? Azərbaycan gözəli adına layiqdirmi? Bizim rayonlarda qızlarımız var ki, silikon, makiyaj nədir bilmirlər. Bu qızdan on min dəfə gözəldirlər! Bu yarışmaları keçirən insanların çoxu İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılmalıdırlar ki, görək hansı kateqoriyaya uyğun və hansı "dayday"ın sifarişi ilə seçirlər".
Qeyd edək ki, "Azərbaycanlı gözəli"n birincisi Melissa Nuriyeva, ikinci yerin qalibi Ayşən Məmmədova, üçüncü isə Şakirə Quliyeva olub.
Rəqsanə
AzNews.az