“Bakubus” avtobusu səfirlik maşını ilə toqquşdu - FOTO

4 Aprel 2019 14:57 (UTC+04:00)

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, "Toyota Prado" markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil.

2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.(report.az)

AzNews.az