Üç kredit təşkilatının lisenziyası ləğv edildi

4 Aprel 2019 15:11 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir.

Son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb.(report.az)

AzNews.az