Həyətindən çətənə kolları çıxdı - FOTO

4 Aprel 2019 15:40 (UTC+04:00)

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Qarağac kənd sakini Azər Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az