Kraliçanın pilotu evində ölü tapıldı

4 Aprel 2019 16:30 (UTC+04:00)

Kraliça Elizabet və Şahzadə Filipin köhnə pilotu və həyat yoldaşı evlərində ölü tapılıb.

84 yaşlı pilot Toni Midovs və həyat yoldaşı 83 yaşlı Paulanın cəsədləri Kembricdəki evlərində tapılıb.

Polis və xəfiyyələrin cəlb olunduğu hadisə barədə hələlik tam məlumat yoxdur.

Qeyd edək ki, pilot T.Midovs 1979-cu ildən Kraliça Elizabet və Şahzadə Filipin bir neçə səfərində onları müşayiət edib.(AZƏRTAC)

AzNews.az