Məktəb təkzib etdi, Baş həkim təsdiqlədi - Şagird intihara cəhd edib?

4 Aprel 2019 16:57 (UTC+04:00)

Xəbər verildiyi kimi, Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib. Hadisəni araşdırmaq üçün sözü gedən məktəblə əlaqə saxladıq. Məktəb rəhbərliyi belə bir hadisənin ümumiyyətlə baş vermədiyini dedi.

​1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) isə hadisəni təsdiq edərək şagirdin hazırda xəstəxanada müalicə aldığını bildirdi.

Xəstəxananın baş həkimi Ədalət Dadaşov AzNews.az-a açıqlamasında şagirdin səhhətinə aydınlıq gətirdi:

“Vəziyyəti orta-ağırdır, onun bədənində çoxlu sınıqlar müşahidə olunub. Allergiyaya qarşı iki dərman preparatı qəbul edib. Hadisənin intihar olub-olmamasını araşdırmaq hüquq-mühafizə orqanlarının işidir”.

Bahar RÜSTƏMLİ

AzNews.az