Məşhur rejissor öldü, prezident başsağlığı verdi

4 Aprel 2019 19:36 (UTC+04:00)

Rusiyanın tanınmış rejissoru, SSRİ xalq artisti Georgi Daneliya 88 yaşında dünyasını dəyişib.

Bu barədə sənətkarın həyat yoldaşı Qalina Daneliya bildirib. Rejissor ürəktutmasından vəfat edib.

Rusiya prezidenti Vladimir Putin Daneliyanın ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Daneliya “Moskva boyunca gəzirəm”, “Otuz üç”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza” kimi məşhur filmlərin rejissorudur. (qafqazinfo)

AzNews.az