Türkiyədə güclü zəlzələ oldu

4 Aprel 2019 22:20 (UTC+04:00)

Türkiyənin Elazığ şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri yer səthinə çox yaxın - 2,8 km dərinlikdə yerləşib.

Yeraltı təkan Malatyada da hiss edilib. Əhali təşvişlə küçələrə qaçıb.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

AzNews.az