Ağstafada 24 yaşlı qadın intihara cəhd etdi

4 Aprel 2019 22:58 (UTC+04:00)

Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Rayon sakini olan 24 yaşlı qadın 20-dən çox eyni növ dərman preparatını içərək intihara cəhd edib.

O, ağır halda xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım alıb. Hazırda qadının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az