Poroşenko Zelenskiyə səsləndi - "Kişi ol!"

5 Aprel 2019 08:51 (UTC+04:00)

Petr Poroşenko öz rəqibi Zelenskiyə səslənərək onu debatdan qorxmamağa çağırıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Poroşenko özünün Facebook səhifəsində yazıb.

"İmtina etmək üçün hər hansı bir dəlil gətirməyin və şərt qoymayın. Qoy heç kim səni öz himayəsinə götürməsin. Bu, yaxşı əlamət deyil. "Kişi ol!" və debata gəl. Stadion istəyirsənsə, qoy stadion olsun. Mən gözləyirəm". Poroşenko belə deyib.

O, siyasi rəqiblərinin çağırışlarını dəfələrlə qəbul etdiyini açıqlayıb: "Həmin vaxt mən onların gözlərinin içinə baxmışam və baxışlarımı çəkməmişəm. Ölkənin Ali Baş Komandanı belə olmalıdır".

Xatırladaq ki, aprelin 3-də Zelenski Poroşenkonu debata çağırıb və Kiyevdəki "Olimpiya" stadionuna gəlməyini deyib. Poroşenkonun qərargahında isə stadionda debatın keçirilməsinin qayda-qanunlara uyğun gəlmədiyini vurğulayıblar.

Tərəflərin fikrincə, debatın moderatoru prezident seçkilərində 3-cü yerin qalibi Yuliya Timoşenko olmalıdır.

Qeyd edək ki, Ukraynada martın 31-də keçirilən prezident seçkilərinin 2-cu turu aprelin 21-də Zelenski ilə Poroşenko arasında baş tutacaq.

Babək Göyüş

AzNews.az