Braziliyada iki banka birdən hücum - 11 nəfər öldürüldü

5 Aprel 2019 09:22 (UTC+04:00)

Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.

Atışma 25 nəfərdən ibarət polis qrupunun iki banka hücum edən qarətçiləri saxlamağa cəhd edərkən baş verib.

Xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb, digər şübhəli bilinənlərin axtarışı davam etdirilir. Qarətçilərin dəqiq sayı məlum deyil.

Hadisə yerinə baxış keçirilərkən oradan 7 tüfəng, 4 tapança, zirehli gödəkcə və partlayıcı tapılıb.

Qarətçi qrupu bir küçədə yerləşən iki banka birdən hücum edib.(trend.az)

AzNews.az