“Mercedes” və "Hyundai" toqquşdu - Bakıda

5 Aprel 2019 10:14 (UTC+04:00)

Bakı şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az