Quldurlar 3 dəqiqədə 1 milyon dollardan çox pul qaçırdılar

5 Aprel 2019 09:55 (UTC+04:00)

Meksikanın Quanaxuato ştatında hava limanında inkassasiya avtomaşınına quldur basqını olub.

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Sakin okean aeroportları qrupu məlumat yayıb.

Maskalı şəxslər silahlanaraq hava limanının yay meydançasına daxil olublar və orada təyyarəyə pul yükləməyə hazırlaşan inkassasiya əməkdaşlarına basqın ediblər.

Nəticədə qarətçilər 20 milyon pesodan çox (təxminən 1,1 milyon dollar) pulu özləri ilə götürüblər. Cinayət faktı cəmi 3 dəqiqə çəkib.

Cinayətkarları hələ ki ələ keçirmək mümkün olmayıb. Polis hazırda axtarış işləri aparır.(ona.az)

AzNews.az