Trampdan ABŞ, Rusiya və Çinə çağırış - "Bu xərclərə son qoyun"

5 Aprel 2019 10:08 (UTC+04:00)

ABŞ, Rusiya və Çin silah istehsalına, o cümlədən nüvə raketinə xeyli vəsait xərcləyir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə Çin Xalq Respublikasının baş nazirinin müavini Lyu Xe ilə görüşdə deyib.

"Zənnimcə, hər 3 ölkə bu xərclərə son qoymalı və uzun müddətli sülhün qorunması üçün faydalı bir işlə məşğul olmalıdırlar. Yaxşı olar ki, birləşib bu silahların istehsalını dayandıraq". Tramp belə deyib.

Babək Göyüş

AzNews.az