Zelenski testdən keçdi, Poroşenko isə...

5 Aprel 2019 10:27 (UTC+04:00)

Ukraynada prezidentliyə namizəd şoumen Vladimir Zelenski alkoqol və narkotik maddə testindən keçib.

“İnterfaks-Ukraina”nın xəbərinə görə, o, özəl klinikalardan birində analiz verib.

Hazırkı dövlət başçısı Petro Poroşenko isə ölkənin ən böyük stadionlarından biri olan “Olimpiya”dakı tibbi mərkəzdə analiz verməlidir.

Qeyd edək ki, testin keçirilməsini V. Zelenski tələb edib. Onun sözlərinə görə, namizədlər xalqa spirtli içki və ya narkotik maddə asılılığı olmadığını sübut etməlidirlər.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu 21 apreldə keçiriləcək.

Birinci turda V. Zelenski 30.25 faiz səslə lider olub.(qafqazinfo.az)

AzNews.az