Dava salan üç məhbus cəzalandırıldı

5 Aprel 2019 11:08 (UTC+04:00)

Penitensiar Xidmət Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşdüyünə dair məlumata münasibət bildirib.

Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, sözügedən hadisə martın əvvəlində qeydə alınıb:

“Martın əvvəlində 3 məhkumun arasında məişət zəminində konflikt yaranıb. Müəssisə əməkdaşları tərəfindən konfliktin qarşısı alınıb. Hər üç məhkum daxili intizam qaydalarını pozduqlarına görə qüvvədə olan qanunvericiliyə əsasən, cərimə təcridxanasına keçiriliblər”.

M.Sadıqovun sözlərinə görə, məhkumlar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, mətbuatda gedən məlumata görə, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Bildirilib ki, dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.(modern.az)

AzNews.az