Müsəlmanlar saxlanıldı

27 Aprel 2013 09:33 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskvada məsciddə ibadət etdikdən sonra 140 müsəlman saxlanılıb. Rusiyanın hüquq mühafizə orqanları onları radikal qruplaşmalara bağlantılarının olmasında şübhəli bilir.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, paytaxt Moskvada cümə namazı üçün məscidə gələn 140 nəfər saxlanılıb. Onların 30 nəfərinin xarici ölkə vətəndaşları olduqları bildirilir.

Xidmətin yazılı açıqlamasına görə, sözügedən məscidə bundan öncə də terror təşkil etməkdə şübhəli bilinən şəxslər gəlib. /deyerler.org/

AzNews.az