Türkiyədə yeni siyasi partiya yaradılır

5 Aprel 2019 13:10 (UTC+04:00)

Türkiyədə yeni siyasi partiya yaradılacaq.

Yeni partiyanın sabiq baş nazir Əhməd Davudoğlunun başçılığı altında yaradılacağı bildirilir.

Bildirilir ki, yeni partiyanın təsisində sabiq baş nazirin müavini Əli Babacan da iştirak edəcək. Yaxın 2 ayda yaradılacağı gözlənilən partiyanın siyasi kursu barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Ə.Davudoğlu 2016-cı il mayın 22-də istefa verib.(trend.az)

AzNews.az