Liviya ordusu Tripolinin rayonlarını ələ keçirdi

5 Aprel 2019 14:18 (UTC+04:00)

Liviya Milli Ordusu marşal Xəlifə Haftarın rəhbərliyi altında Tripolinin cənub-qərbində bir neçə rayonu ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə ordudan olan mənbə bildirib.

“Hazırda şəhərin küçələri boşalır. Görünür, demək olar ki, bütün sakinlər şəhəri tərk etməyi üstün tutublar. Artıq bir neçə rayon, məsələn, Tripolinin cənub-qərbindəki Canzur və Əl-Svani Liviya Milli Ordusu tərəfindən tutulub”, - deyə mənbə söyləyib.

Qeyd edək ki, Xəlifə Haftar açıqlama verərərk şəhəri 48 saat ərzində terrorçulardan təmizləyəcəyini bəyan edib.(qafqazinfo.az)

AzNews.az