Roberto Mançini İtaliyada ilin ən yaxşı baş məşqçisi seçildi

5 Aprel 2019 14:44 (UTC+04:00)

Futbol üzrə İtaliya millisinin çalışdırıcısı Roberto Mançini 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.

İtaliya Futbol Federasiyası xəbər verir ki, 54 yaşlı mütəxəssis ilin ən yaxşı baş məşqçisinə təqdim edilən “Enzo Bearzot” mükafatına layiq görülüb. Roberto Mançinidən başqa, bu mükafata “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini və “Milan”ın çalışdırıcısı Cennaro Qattuzo da namizəd olublar.

Qeyd edək ki, 2001-ci ildə “Fiorentina” komandasında baş məşqçi karyerasına başlayan R.Mançini sonradan “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” klublarını çalışdırıb.(AZƏRTAC)

AzNews.az